...

Azərbaycan prezidenti "Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqında" qanunun tətbiqi məqsədilə sərəncam imzalayıb

Siyasət Materials 12 İyul 2008 00:39 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev iyulun 11-də їAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqındaї Azərbaycan Respublikasının 2008-ci il 24 iyun tarixli 656-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə sərəncam imzalayıb.

Sərəncama əsasən Nazirlər Kabinetinə tapşırılıb ki, qüvvədə olan qanunvericilik aktlarının їAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqındaї Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb prezidentə təqdim etsin;

Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə prezidentə məlumat versin;

Öz səlahiyyətləri daxilində їAzərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər və əlavə edilməsi haqqındaї Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti