...

İranın 5+1 qrupu ilə müzakirələrinə hazırlıq prosesində uğurla irəliləyiş var – İranın XİN başçısı

Siyasət Materials 18 İyul 2008 15:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul / Trend , müxbir T.Cəfərov / İranın "Altılıq" ölkələri ilə müzakirələrə hazırlıq, ümumiyyətlə, müsbət irəliləyir və ümid edirik ki, danışıqlar müştərək maraqlar çərçivəsində və məntiqli elastikliliklə aparılsın" - deyə İranın XİN başçısı Mənuçöhr Müttəki Türkiyənin XİN başçısı Əli Babacanla cümə günü keçirdiyi görüşdə bildirib. Bu barədə İranın "İRNA" agentliyi məlumat yayıb.

Müttəki Türkiyə və İran arasında əlaqələri nümunəvi sayıb, O əlavə edib ki, İran və Türkiyə arasında mal dövriyyəsinin həcmi ilin sonunədək 8 milyard dollardan 11 milyard dollaradək artırılacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti