Azərbaycan, Bakı, 26 iyul / Trend / Bitərəf Dövlətlər Hərəkatına üzv ölkələrin XİN başçılarının 15-ci iclası iyulun 27-də Tehranda keçiriləcək. Bu barədə İranın "İRİNN" xəbər saytı məlumat yayıb.
Bitərəf Dövlətlər Hərəkatına üzv öləkələrin XİN başçılarının cari iclasında 118 üzv ölkəni təmsil edən nümayəndələr iştirak edəcəklər. İclasda həmçinin müxtəlif ölkələrdən 15, beynəlxalq və regional təşkilatlardan isə 8 müşahidəçi iştirak edəcək.
Tehranda keçiriləcək iclasın əsas şuarı "Dostluq, ədalət və sülh naminə birlik"dir.
Bitərəf Dövlətlər Hərəkatına Afrikadan 53, Asiyadan 38, Latın Amerikasından 26 və Avropadan 1 ölkə üzvdür.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]