...

Azərbaycan prezidenti Mərakeş kralını milli bayram münasibətilə təbrik edib

Siyasət Materials 29 İyul 2008 18:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul/ Trend / Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Mərakeşin kralı Əlahəzrət VI Məhəmmədi ölkənin milli bayramı - Taxt-tac günü münasibətilə təbrik edib.

Təbrik məktubunda prezident Azərbaycan ilə Mərakeş arasındakı ənənəvi dostluq münasibətlərinin bugünkü real təzahüründən məmnunluq duyduğunu bildirib. İki xalqın iradəsini ifadə edərək həm ikitərəfli qaydada, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın dərinləşməsi üçün bundan sonra da birgə səylərin göstəriləcəyinə əminliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti