...

Prezident seçkilərinin alternativsizliyində müxalifət günahkardır – AŞPA-nın Azərbaycan üzrə məruzəçisi

Siyasət Materials 4 Avqust 2008 15:32 (UTC +04:00)
Prezident seçkilərinin alternativsizliyində müxalifət günahkardır – AŞPA-nın Azərbaycan üzrə məruzəçisi

Azərbaycan, Bakı, 04 avqust/ Trend , müxbir R.Novruzov/ Seçkiləri boykot edən Azərbaycan müxalifəti özünün alternativ rolunu yerinə yetirmir. AŞPA-nın Azərbaycan üzrə məruzəçisi Andreas Herkel belə hesab edir.

"Müxalifətin boykot fikrinin özü siyasi inkişafa ziyanlı təsir göstərir. Müxalifətin boykot qərarı seçkilərin alternativsizliyinə səbəb olacaq", - Herkel telefonla Trend -a bildirib.

Herkelin sözlərinə görə, hökumət yaranmış vəziyyətə təsir etməlidir.

"Mən vəziyyəti kimin boykot etməsinə görə deyil, seçkilərdə imkanlara dair real faktlara görə qiymətləndirəcəyəm", - o qeyd edib.

Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək.

İndiyədək Azərbaycan prezidenti vəzifəsinə "Yeni Azərbaycan" partiyasının sədri İlham Əliyev, "Müasir Müsavat" partiyasının sədri Hafiz Hacıyev, , "Ümid" partiyasının sədri İqbal Ağazadə, Azərbaycanın Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev və Yaşıllar Partiyasının sədri Mais Güləliyevin namizədliyini irəli sürüb. Müsavat, Klassik Xalq Cəbhəsi partiyaları və Demokrat Partiyası prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti