...

Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndələri təyin olunub

Siyasət Materials 7 Avqust 2008 16:24 (UTC +04:00)
Azərbaycanın hakim partiyasının prezidentliyə namizədinin səlahiyyətli nümayəndələri təyin olunub

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir E. Babayev/ Azərbaycan prezidentliyinə namizəd, hazırki dövlət başçısı İlham Əliyevin Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndələri təyin olunub. Hakim Yeni Azərbaycan Partiyasının qərarına əsasən, İlham Əliyevin səlahiyyətli nümayəndələri partiyanın icraçı katibi Əli Əhmədov və onun müavinləri Mübariz Qurbanlı və Səyavuş Novruzov təyin olunub, - deyə cümə axşamı Trend -a Novruzov məlumat verib.

Trend -un arayışı: Azərbaycanda prezident seçkiləri oktyabrın 15 - də keçiriləcək. İndiyə qədər prezident seçkisində iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 11 nəfər müraciət edib. Siyasi təşkilatlardan hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin, Ümid Partiyasının sədri İqbal Ağazadənin, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin, Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyevin, Yaşıllar Partiyasının sədri Mais Güləliyevin sənədləri MSK-ya təqdim edilib. Bundan başqa, Yaşar Əhmədovun (işsiz), Əlimuxtar Əkbərovun (təqaüdçü), Sevinc Quliyevanın (Sumqayıt Mərkəzi Klinik Xəstəxanasında sanitar), Vüqar Seyidovun (həkim), Qüdrət İsaqovun (AMEA-nın Fizika İnstitutunun aparıcı elmi işçisi) sənədləri MSK-ya təqdim edilib.

Azərbaycanın hakim partiyası namizədinin seçki təbliğatının aparılması ilə bağlı maliyyə probleminin olmadığını deyən Novruzov bildirib ki, kampaniyanın uğurla həyata keçirilməsi üçün partiya üzvlərinin üzvlük haqqı kifayət edər.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti