...

Rusiya ordusu Gürcüstanı tərk etməyincə, NATO onunla münasibətləri bərpa etməyəcək - Robert Simmons

Siyasət Materials 22 Avqust 2008 13:23 (UTC +04:00)
Rusiya ordusu Gürcüstanı tərk etməyincə, NATO onunla münasibətləri bərpa etməyəcək - Robert Simmons

Gürcüstan, Tbilisi, 22 avqust / Trend , müxbir N.Kirtsxaliya/ NATO Rusiya ordusu Gürcüstan ərazisini tərk etməyincə, onunla münasibətləri bərpa etməyəcək. Bu barədə cümə günü Tbilisinin çıxışındakı qaçqın düşərgəsinə baş çəkərkən NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Robert Simmons bildirib.

Onun sözlərinə görə, NATO Rusiya ordusunun ölkədən çıxmasını təmin etmək üçün maksimum mümkün olanı edir. "Bundan sonra biz Gürcüstanın Müdafiə Nazirliyi ilə bu ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi üçün lazım olan prioritet istiqamətləri müəyyənləşdirəcəyik", - deyə Simmons bildirib.

O, qaçqınlara dəstək və onların dərdinə şərik olduğunu ifadə edib. O, qaçqınları ruhlandrıb və hazırda bütün dünyanın Gürcüstna yardım göstərdiyini bildirib.

"NATO və mən, bir vətəndaş kimi, məcburi didərgin düşmüş şəxslərin doğma evlərinə qayıtmasını təmin etmək üçün hər şey edirik", - deyə Simmons bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti