Azərbaycan, Bakı, 29 avqust / Trend / Azərbaycan prezidenti İlham Əliyev XXIX Pekin Yay Olimpiya Oyunlarında yüksək nailiyyətlərə görə idmançıların mükafatlandırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Olimpiya Oyunlarının qızıl mükafatçısı Elnur Məmmədli "Şöhrət" ordeni ilə, 13 idmançı "Tərəqqi" medalı ilə, məşqçilər Abdullayev Nəriman, Axundzadə Ağayar, Əlicanov Nazim, Hacıəhmədov Hacıağa "Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomu" ilə təltif ediliblər.