...

Poti ticarət limanı Rusiyaya qarşı iddia qaldıracaq

Siyasət Materials 29 Avqust 2008 20:47 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Rusiyanın təcavüzü nəticəsində Poti limanına 2 mln. ABŞ dolları ziyan dəyib. Limanın müdriyyətindən bildiriblər ki, hazırda liman imkanlarının 35 faizi qədər işləyir.

Avqustun 8 - də həyata keçirilən hava bombardmanının vurduğu zərər də hesablanıb. Texnika və əmlaka 279 min ABŞ dolları zərər vurulub, icarədarların zərərləri 100 min ABŞ dolları təşkil edib.

Türkiyə - Gürcüstan şirkəti "Çenel Enerji"yə 1 100 min ABŞ dolları zərər dəyib. Kaset bombalarının qəlpələri onun çənlərinə zərər yetirib.

Liman beynəlxalq məhkəməyə müraciət etmək və Rusiyadan dəymiş zərərin ödənilməsini tələb etmək niyyətindədir.

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12 - də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiyanın sülhməramlı qüvvələrini və beynəlxalq müşahidəçiləri saxlamaq qərara alınıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti