...

Əfqanıstan prezidenti dinc sakinlərin təhlükəsizliyi ilə bağlı layihənin icrasına dair söz verdi

Siyasət Materials 3 Sentyabr 2008 14:54 (UTC +04:00)

Əfqanıstan, Kabil, 03 sentyabr / Trend , A.Həkimi / "Dinc sakinlərin həlak olması faktlarının aradan qaldırılması məqsədi ilə Milli Şura tərəfindən verilmiş təhlükəsizlik layihəsinin koalisiya qüvvələri tərəfindən icra olunacağına söz verirəm", - Əfqanıstan prezidenti Hamid Kərzai parlament nümayəndələri ilə görüşündə bildirib.

Trend -un Kabildəki müxbirinin məlumatına əsasən, ölkədə dinc sakinlərin öldürülməsi faktlarının artmasını və sabitliyin pozulmasını görən Kərzai parlament nümayəndələrinin təhlükəsizliklə bağlı bu layihəsinə daha ciddi yanaşıb.

Senat Məclisinin sədr müavini seyid Hamid Gilani bildirib ki, Kərzai söz verib ki, bu layihəni hər necə olursa-olsun koalisiya qüvvələrinə icra etdirəcək.

Layihə Milli Şuranın Beynəlxalq əlaqələr, təhlükəsizlik və müdafiə komissiyası tərəfindən təsdiq olunmaq üçün prezidentə təqdim olunub.

Əfqanıstanda son vaxtlar NATO qüvvələrinin hava hücumları nəticəsində dinc sakinlərin ölüm faktlarının artması ölkə vətəndaşları tərəfindən güclü reaksiyalara səbəb olub.

Parlament nümayəndələri dinc sakinlərin ölüm faktlarının artmasına səbəb kimi Əfqanıstan silahlı qüvvələri və polis arasında uzlaşdırılmamış və dəqiqləşdirilməmiş əməliyyatların keçirilməsini götsrərirlər.

Əfqanıstan senatoru Nur Məhəmməd Kəfil Trend -un Əfqanıstandakı müxbirinə bildirib ki, dinc sakinlərin ölüm faktlarının artmasında əhalinin özü də təqsirlidir. Onun sözlərinə görə, Əfqanıstanın bəzi regionlarında əhali qiyamçıları öz toy şənliklərinə və yığıncaqlarına dəvət edirlər, qiyamçılar da fürsətdən istifadə edib evlərin üzərindən NATO qüvvələrinə və yerli təhlükəsizlik qüvvələrə atəş açırlar.

Kəfil bildirib ki, onlarda Taliban qiyamçılarının toy şənliklərində iştirak etmələrini sübut edən videolentlər var. Ekspertlərin fikrincə, Taliban qiyamçıları öz mənfur niyyətlərini həyata keçirmək üçün xalq arasında əlaqələrini genişləndirməyə çalışırlar.

"Ümid edirəm ki, Əfqanıstan parlamentinin nümayəndələri və ölkə prezidenti Kərzai dinc sakinlərin həlak olmasının qarşısını almaq məqsədi ilə öz aralarında razılığa gələcəklər", - deyə Kəfil bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti