...

Azərbaycan prezidenti mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin vəzifə maaşlarını artırıb

Siyasət Materials 3 Sentyabr 2008 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 sentyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin sosial müdafiəsini daha da gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi vəzifə maaşları 25 faiz artırılıb.

Sərəncamda qeyd olunub ki, dövlət büdcəsindən maliyyələşdirilən mədəniyyət, gənclər və idman müəssisələrində çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2008- ci il sentyabrın 1-dən, orta hesabla, 25 faiz artırılsın.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti