...

Gürcüstan göstərdiyi yardıma görə ABŞ-a minnətdardır - prezident

Siyasət Materials 4 Sentyabr 2008 16:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 04 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/Gürcüstan əhalisinin azadlıq əhval-ruhiyyəsini heç nə ilə dəyişmək olmaz və ölkə vətəndaşları müstəqilliyin itirilməsi ilə heç vaxt razı olmazlar, - Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ABŞ vitse-prezidenti Dik Çeyni ilə birgə brifinqdə deyib.

"Yarım milyon gürcü sona yetməmiş işğal şəraitində küçələrə çıxaraq, azadlığa cəhdini sübut etdi və işğalçı qarşısında sarsılmazlığını mümayiş etdirdi", - o bəyan edib.

"Biz göstərdiyi yardıma və real maliyyə köməyinə görə ABŞ-a minnətdarıq. PrezidentBuş və Dövlət Katibi Kondoliza Raysın bəyanatları buna sübutdur", - o bəyan edərək qeyd edib ki, "gürcülər dünya xalqalrı ilə birlikdə sülh şəraitində yaşamaq və bütün problemləri sülh yolu ilə həll etmək istəyirlər".

"Biz ABŞ, Yaponiya və Çin tərəfinin göstərdiyi dəstəyi hiss edirik və onlar bizimlədirlər. Buna görə də mənə elə gəlir ki, biz hər şeyə hazırıq və artıq çətin mərhələdən keçmişik", - Saakaşvili qeyd edib.

Prezident bildirib ki, Gürcüstanda etnik təmizləmələr aparılan iki ərazi - Abxaziya və Cənubi Osetiya var. "Oradan əhalinin təxminən 80 faizi qovulub və etnik təmizləmə aparılıb. Təkcə etnik gürcüləri yox, həm də gürcülərlə normal münasibətlər saxlayan osetinləri də qovurlar", - Saakaşvili qeyd edib.

Gürcüstan prezidenti dünya ölkələrini "separatçı rejimləri tanımamağa"çağırıb. "Mən dünya ölkələrini Rusiyanın tanıdığı əraziləri tanımamağa çağırıram. Gürcüstan dinc ölkədir və bütün problemlərin dialoq rejimində tənzimlənməsi uğrunda mübarizə aparacaq", - o deyib və dünyanın bütün ölkələri ilə, ilk növbədə, qonşu ölkələrlə konstruktiv münasibətlərin qurulmasına hazır olduğunu bildirib.   

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, Gürcüstanı sülhə məcburetmə əməliyyatının dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti