...

Əfqanıstanda Əhməd Şah Məsudun qətlinin yeddinci ildönümü keçirildi

Siyasət Materials 5 Sentyabr 2008 12:44 (UTC +04:00)

Əfqanıstan, Kabil, 05 sentyabr / Trend , A.Həkimi / Kabildə mədəniyyət işçiləri, mücahidlərin və tələbələrin iştirakı ilə Əhməd Şah Məsudun qətlinin yeddinci ildönümü keçirilib.

İldönümü mərasimində iştirak edən Milli Cəbhənin rəhbəri Borhaniddin Rəbbani Əhməd Şah Məsudu milli qəhrəman adlandıraraq bildirib ki, onun və ruslara qarşı vuruşan bütün şəhidlərin şanlı yolu davam etdirilməlidir.

Əhməd Şah Məsud yeddi il öncə sentyabrın 9-da Xace Bəhaiddin adlanan dağlıq ərazidə iki nəfər naməlum şəxs tərəfindən öldürülüb.

Rəbbani daha sonra əlavə edib ki, müasir gənclər bu gün milli dəyərləri qoruyaraq qərb mədəniyyətinə qarşı əzmlə dayanmalı və Əfqanıstan şəhidləri kimi heç bir qüvvədən qorxmadan mübarizə aparmalıdırlar. O, şəhidlərin yolunun davam etdirilməsinin ən yaxşı yol olduğunu bildirib və əlavə edib ki, xalqın dəstəyi ilə islami dəyərlərə əməl etməklə, bu gün hər kəsə qqarşı qalib gəlmək olar. Milli Cəbhənin rəhbəri qeyd edib ki, Qərb tərəfindən dəstəklənən şəxslər heç həmisə qalib gələcəklərinə güvənməsinlər, əvvəl-axır mütlən xalqın qəzəbinə düçar olacaqlar.

Mərasimdə iştirak edən Əfqanıstanın gənclər və mədəniyyət naziri Məhəmməd Zahir Ğosmüin bildirib ki, Əfqanıstan hazırda böyük bir böhran və fəlakətlə üz-üzədir, ölkə gəncləri şəhidlərin yolunu davam etdirməklə bu fəlakətə qarşı mübarizə aparmalı və mətin olmalıdırlar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti