...

KTMT üzv ölkələrin ərazi bütövlüyünə zəmanət olub və olacaq – RF prezidenti

Siyasət Materials 5 Sentyabr 2008 19:36 (UTC +04:00)
KTMT üzv ölkələrin ərazi bütövlüyünə zəmanət olub və olacaq – RF prezidenti

Azərbaycan, Bakı, 05 sentyabr/ Trend müxbir E.Tariverdiyeva/ KTMT üzv ölkələrin ərazi bütövlüyünə zəmanət olub və olacaq, - RF prezidenti Dmitri Medvedyev cümə günü Moskvada keçirilən brifinqdə bildirib. Brifinq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iclasından sonra keçirilib.

"Təbii ki, KTMT üzrə bütün tərəfdaşlar, milli maraqlarını əldə rəhbər tutaraq, Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi məsələsində öz mövqelərini müstəqil müəyyən edəcəklər", - Medvedyev bildirib.

KTMT - keçmiş sovet respublikaları tərəfindən 1992-ci il mayın 15-də imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır. KTMT-nin üzvləri aşağıdakılardır: Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Ermənistan, Tacikistan və Özbəkistan.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti