...

Rusiya Abxaziya və Cənubi Osetiya ilə rəsmi diplomatik münasibətlər qurub

Siyasət Materials 9 Sentyabr 2008 17:34 (UTC +04:00)
Rusiya Abxaziya və Cənubi Osetiya ilə rəsmi diplomatik münasibətlər qurub

Azərbaycan, Bakı, 09 sentyabr/ Trend / Rusiya Abxaziya və Cənubi Osetiya ilə rəsmi diplomatik münasibətlər qurub. "Vesti" telekanalının verdiyi xəbərə görə, bu barədə çərşənbə axşamı Moskvada keçirilən mətbuat konfransında Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Rusiyanın Abxaziya və Cənubi Osetiya ilə diplomatik münasibətlərinin qurulması barədə sazişdən ibarət notların mübadiləsini apardıq", - deyə Lavrov Abxaziya və Cənubi Osetiyadan olan həmkarları Sergey Şamba və Murat Cioyev ilə görüşünün yekununda bildirib.

Onun sözlərinə görə, Abxaziya və Osetiya nümayəndələri olmadan regionda təhlükəsizlik məsələlərini müzakirə etmək mümkün deyil və "biz məhz buna əsaslanacağıq".

Xəbər lenti

Xəbər lenti