...

Ərgənəkon ittihamçılarının sorğu-sual edilməsi qadağan edilib

Siyasət Materials 12 Sentyabr 2008 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Türkiyənin Ədliyyə Nazirliyi Ərgənəkon terror təşkilatının cinayət işi üzrə dövlət ittihamçılarının sorğu-suala tutulmaması barədə hökm çıxarıb. Bu haqda CNN Türk informasiya agentliyi xəbər verib.

Türkiyədə Ərgənəkon terror təşkilatının cinayət işi üzrə ittiham olunan jurnalist Vədat Yenererin vəkili Vural Ərgül işi aparan dövlət ittihamçısı Zəkəriyyə Özü sorğu-sual etmək üçün Türkiyənin Hakimlər və Vəkillər Ali Şurasına özünün iki, digər vəkillərin isə yeddi dəfə müraciət etdiyini, lakin müraciətlərinə cavab verilmədiyini bildirib. Mətbuat nümayəndələrinə açıqlama verən vəkil Vural Ərgül Ədliyyə Nazirliyi barəsində Ankara İdarə Məhkəməsinə şikayət edəcəyini bildirib. "Türkiyə qanunlarına görə, müraciətnaməyə 60 gün ərzində cavab verilməməsi onun rədd edilməsi deməkdir. Bundan sonra Ədliyyə Nazirliyi barəsində Ankara İdarə Məhkəməsinə şikayət edəcəm", - deyə vəkil bildirib.

Xəbər lenti

Xəbər lenti