Azərbaycan Prezidenti neft sənayesinin on işçisinə əməkdar mühəndis fəxri adının verilməsi haqqında sərəncam imzalayıb
Azərbaycan, Bakı, 18 sentyabr / Trend / Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cümə axşamı Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının 160 illiyi ilə əlaqədar ölkəmizin neft sənayesinin inkişafındakı xidmətlərinə görə neft sənayesinin on nəfər işçisinə "Azərbaycan Respublikasının Əməkdar mühəndisi" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.