...

Azərbaycanın dövlət büdcəsindən prezidentliyə namizədlərin hər birinə 12 min manat ayrılıb

Siyasət Materials 19 Sentyabr 2008 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezidentliyə namizədlərin hər biri üçün dövlət büdcəsindən 12 min manat (təxminən 15 min $) vəsait ayırıb.

"Namizədlər yaxın günlərdə həmin vəsaiti götürə bilərlər" - bu barədə cümə günü jurnalistlərə MSK-nın üzvü Ramiz İbrahimov məlumat verib.

Trend - un arayışı: Azərbaycanda prezident seçkisi oktyabrın15 - də keçiriləcək. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, hazırkı dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası sentyabrın 17- də başlayacaq və 28 gün davam edəcək.

İbrahimov qeyd edib ki, 2002 - ci ilin prezident seçkilərində namizəd olmuş Bütov Azərbaycan Xalq Cəbhəsinin partiyasının sədri Qüdrət Həsənquliev və Muasir Müsavat partiyasının sədri Hafiz Hacıyevə dövlət büdcəsindən pul ayrılmayacaq.

"Çünkü, Seçki Məcəlləsinə görə prezident seçkisində 3%-dən az səs toplayan namizədlər dövlət büdcəsindən ayrılan vəsaiti geri qaytarmalıdırlar. Qüdrət Həsənquliyev və Hafiz Hacıyev 2003 - ci ilin prezident seçkisində 3% - dən az səs toplasalar da, dövlət büdcəsindən onlar üçün ayrılan pulu geri qaytarmayıblar" -MSK üzvü əlavə edib.

İbrahimov qeyd edib ki, yenə də 3%-dən az səs toplayanlar dövlət büdcəsindən ayrılan 12 min manatı geri qaytarmalıdırlar. Onun sözlərinə görə, prezident seçkisinin keçirilməsi üçün dövlət büdcəsindən 23,5 milyon manat vəsait ayrılıb.

"Həmin vəsait tam şəkildə dövlət büdcəsindən ayrılıb və MSK - nın hesabına köçürülüb. Seçki Məcəlləsinə uyğun olaraq, həmin vəsait seçkilərin hazırlanması, komissiya üzvlərinin əmək haqqı, seçkinin texniki təminatı, seçkiyə çağırışla bağlı plakatların, reklam çarxları və təlimatların hazırlanmasına xərclənir".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti