Türkiyə hökuməti Şimali İraqda PKK-ya qarşı anti -terror əməliyyatlarının müddətinin uzadılması haqqında təklifi parlamentin müzakirəsinə verib. Bu haqda Haber 7 agentliyi məlumat verib. Türkiyə hökuməti ordunun Şimali İraq ərazisində PKK terror təşkilatına qarşı anti -terror əməliyyatlarının bir il müddətinə uzadılması haqqında təklifi parlamentin müzakirəsinə təqdim edib. Keçən il parlamentdə 19 deputatın əleyhinə, 507 deputatın lehinə səs verdiyi bu qərarın müddəti oktyabrın 18 - də bitəcək.