...

Azərbaycan prezidenti Quba - Qusar magistralının yenidənqurma işləri ilə tanış olub

Siyasət Materials 27 Sentyabr 2008 20:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr / Trend / Sentyabrın 27- də ölkənin şimal bölgəsinə səfər edən prezident İlham Əliyev Quba - Qusar magistralının 109- cu kilometrliyində yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, beynəlxalq əhəmiyyətli yol ən müasir texnologiyalar əsasında qurulub. Yolun keçdiyi istiqamətdə yaşayış massivlərinin çoxluğu infrastrukturda əvvəlki vəziyyətə nisbətən dəyişiklər edilməsi zərurəti yaradıb. Yolda 21 körpü və yol ötürücüsü, 10 qovşaq, 15 mal - qara keçidi quraşdırılıb. Yolun tikintisi bu ilin may ayında "Akkord" şirkətlər qrupu tərəfindən başlayıb. Yolun çəkilişinə yerli mütəxəssislərlə yanaşı, əcnəbilər də cəlb olunub. Bütövlükdə tikintidə yeddi min işçi çalışıb.

Xəbər lenti

Xəbər lenti