...

İranın Mazandaran vilayətində tufan 4 nəfərin həyatına son qoyub

Siyasət Materials 29 Sentyabr 2008 14:38 (UTC +04:00)

İranın Mazandaran vilayətində təbii fəlakət - baş verib. Nəticədə 4 nəfər həlak olub. Bu barədə İranın İRİNN xəbər kanalı məlumat yayıb. İranın Fövqəladə Hallar Nazirliyinin Mazandaran vilayəti üzrə idarəsinin rəisi Ramazanzadə bildirib ki, tufan ötən gecə Babulsər, Sari, Neka, Gəlugah, Cuybar , Qaimşəhr və Behşəhr şəhərlərində baş verib.

O bildirib ki, tufan zamanı əsən küləyin sürəti saatdə 110 kilometrə çatıb. Su, elektrik , rabitə xətləri və yollar sıradan çıxıb.

İlkin hesablamlara görə, dəymiş ziyanın məbləği 30 milyon dollara çatır. Həlak olanların cəsədləri qonşu şəhərin ərazisində tabılıb. Ölənlərin şəxsiyyəti araşdırılır.

Xəbər lenti

Xəbər lenti