...

AŞ PA Rusiya ilə Gürcüstan arasında siyasi dialoq mövqeyindən çıxış edir

Siyasət Materials 29 Sentyabr 2008 15:43 (UTC +04:00)
AŞ PA Rusiya ilə Gürcüstan arasında siyasi dialoq mövqeyindən çıxış edir

Fransa, Strasburq, 29 sentyabr / Trend , müxbir A.Məhərrəmov / Avropa Şurasının Parlament Assambleyası (AŞ PA) Rusiya ilə Gürcüstan arasında siyasi dialoq mövqeyindən çıxış edir. Gürcüstanda baş verən hadisələri dəqiq şəkildə araşdırmaq, müharibənin başlanmasına görə məsuliyyət daşıyanların aşkar olunması üçün beynəlxalq araşdırma aparmaq lazımdır. Bu barədə bazar ertəsi Strasburqda keçirilən mətbuat konfransında AŞPA - nın prezidenti Luis Maria de Puç bildirib.

"Rusiya ilə Gürcüstan arasında siyasi dialoqun bərpası düsturunu tapmaq lazımdır", - deyə o bildrib.

De Puçun sözlərinə görə, Avropa Şurasına üzv iki ölkə arasında baş verən hərbi əməliyyatlar beynəlxalq normalara ziddir.

Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar. Rusiya avqustun 25 -də Cənubi Osetiya və Abxaziyanın müstəqilliklərini tanıyıb.

Rusiyanın AŞ PA - da mandatının dayandırımasına dair məsələyə toxunan təşkilat prezidenti bildirib ki, Rusiyanın nümayəndə heyətinə bu barədə məlumat verilib və qərarı AŞ PA - nın Mantadat Komissiyası qəbul edəcək.

Bu günlərdə Strasburqda AŞ PA -nın payız sessiyası keçirlir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti