...

Bakıda qətil hadisəsi baş verib

Siyasət Materials 6 Oktyabr 2008 11:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir S.Kazımlı / Bakının Qaradağ rayon ərazisində qətl hadisəsi baş verib.

Qaradağ rayon Prokurorluğundan bazar ertəsi Trend -a verilən məlumata görə, oktyabrın 5-də saat 19-00 radələrində 1982-ci il təvəllüdlü Malik Adil oğlu Zahidov Əmircan qəsəbə sakini 1984-cü il təvəllüdlü İlqar İlyas oğlu Mehrəliyevi bıçaqla qətlə yetirdiyinə görə Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Prokurorluqdan bildiriblər ki, Zahidov Mehrəliyevin bacısının nişanlısıdır.

Qız nışanı qaytarmaq istədiyi üçün onlar arasında mübahisə baş verib və mübahisə zamanı Zahidov Mehrəliyevi öldürüb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti