Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir V.Javoronkova/ Rusiyaya qarşıdurmalar gərək deyil. Bu barədə çərşənbə günü Evianda (Fransa) dünya sisyasəti üzrə konfransda çıxış edən Rusiya Federasiyasının (RF) prezidenti Dmitri Medvedyev bildirib.
"Bizim inkişafımız yalnız şəffaf beynəlxalq münasibətlər çərçivəsində mümkündür. İndi sakitləşmək və qarşıdurma yarada biləcək ritorikalardan imtina etmək vacibdir. Dəfələrlə qarşılıqlı ittihamlara əl atılıb və biz artıq qarşudurmanın perspektivzis olduğuna əmin olmuşuq", -deyə Medvedyev bildirib.
Prezidentin sözlərinə görə, Qafqazda baş verən hadisələr göstərdi ki, təcavüzü sakitləşdirmək və ya qarşısını almaq mümkün deyil. Bu, eyniqütblülük əsasında təsis edilən beynəlxalq təhlükəsizlik sisteminin səmərəsizliyinə sübutdur.
"Çexiya və Polşa ərazilərində üç RƏM sistemi yaradılır. Məsələ bunun nəyə lazım olmasındadır. Bu dövlətlərdən heç biri öz-özlüyündə Avropa üçün təhlükə yaratmır. Bunun bizim təhlükəsizliyimizə zidd olduğunu xatırlatdığımız zaman, dərhal əsəbi reaksiya verilir. İstəyirik ki, bizim məntiqimiz aydın olsun, biz qarşıdurma istəmirik", - deyə prezident bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]