Qırğızıstan, Bişkek, 09 oktyabr/ Trend , müxbir R.Məşədihəsənli/Oktyabrın 19 - dan 26 - dək Kulsk vilayətinin Bosteri İssık kəndində Şanxay Əməkdaşlıq Təşkilatı iştirakçı ölkələrinin Çingiz Aytmatovun xatirəsinə həsr edilmiş II beynəlxalq kinofestival keçiriləcək.
T.Okeyev adına "Qırğızfilm"Milli Kinostudiyasının mətbuat xidmətindən verilən məlumata görə, festivalda dünyanın 22 ölkəsinin nümayəndəsi iştirak edəcək.
ABŞ, Kanada, İtaliya, Almaniya, Fransa, Serbiya və s. ölkələrin filmələri nümayiş etdiriləcək.
Festival oktyabrın 26-da Toktoqul Satılqanov adına Dövlət Filarmoniyasında "Kun Adam"mükafatının təqdim edilməsi mərasimi ilə başa çatacaq. Təşkilatçılar kinofestival qaliblərinə ümumilikdə 14 mükafat verməyi palnlaşdırıblar.