Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir R.Novruzov/ MDB-nin İcraiyyə Komitəsi Azərbaycanın Seçki Məcəlləsinin bütün bəndlərinin yerinə yetirilməsindən razıdır. їAzərbaycanda seçkiqabağı proses ölkənin Seçki Məcəlləsinə uyğun cərəyan edirї, - MDB-nin İcraiyyə Komitəsinin icraçı katibi Sergey Lebedev Bakıya gəldikdən sonra Trend -a bildirib.
Azərbaycanda prezident seçkisi oktyabrın 15 - də keçiriləcək.
Sergey Lebedev Azərbaycanda prezident seçkilərində MDB - nin müşahidəçi missiyasına rəhbərlik edir. Lebedevin sözlərinə görə, MDB - nin müşahidəçi missiyasının birinci hesabatlarına əsasən, seçkiqabağı prosesin ilkin qiymətləndirmələri Azərbaycanın qanunvericiliyinə tamamilə riayət edildiyindən xəbər verir. Azərbaycanın demokratik və ədalətli seçkilərin keçirilməsi üçün yaxşı potensialı var. Lebedev vəziyyətlə yaxından tanış olmaq üçün seçki məntəqələrinə baş çəkmək və seçki komissiyalarının rəhbərləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.
MDB-nin müşahidəçi missiyası oktyabrın ortalarında Bakıda öz qərargahını açıb. Missiya bu günədək ölkədə seçkiqabağı vəziyyətin müşahidəsinin yekunları üzrə iki hesabat hazırlayıb. Hesabatlarda Azərbaycanda seçkiqabağı vəziyyət cüzi təşkilati nöqsanlarla yaxşı qiymətləndirilirdi. Fəaliyyəti yalnız paytaxtı deyil, Azərbaycanın bütün regionlarını əhatə edəcək MDB-nin missiyasının sayı təxminən 390 nəfərə bərabərdir.
Prezident seçkilərində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət başçısı İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Aьazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroьlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edəcək. Prezidentliyə namizədlərin təbliьat-təşviqat kampaniyası sentyabrın 17- də başlayıb və 28 gün davam edəcək.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]