...

Azərbaycan Penitensiar Xidmətinin 2 saylı cəzaçəkmə müəssisəsindəki məhkumların üçdən biri saat 10.20 radələrinədək səs verib

Siyasət Materials 15 Oktyabr 2008 10:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir S.Kazımlı/ Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsindəki məhkumların üçdən biri artıq saat 10.20 radələrinədək səs verib.

Trend -un müxbirinin məlumatına görə, bu müəssisədə 14 saylı Əzizbəyov rayonu 2-ci Seçki Dairəsinin 33 saylı seçki məntəqəsi təşkil olunub.

Müəssisədə 962 məhkum səs verəcək. Məhkumlar səsvermədə yüksək fəallıq nümayiş etdirirlər.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti