...

Azərbaycanın müxalifətçi prezidentliyə namizədi seçkilərdə heç bir problem yaranmayacağına inandığını bildirib (video)

Siyasət Materials 15 Oktyabr 2008 12:04 (UTC +04:00)
Azərbaycanın müxalifətçi prezidentliyə namizədi seçkilərdə heç bir problem yaranmayacağına inandığını bildirib (video)

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycan Respublikasının prezidentliyinə namizəd Qüdrət Həsənquliyev bu gün keçirilən seçkilərdə heç bir problem yaranmayacağına inandığını bildirib.

"Bu gün keçirilən seçkilər ölkənin həyatında ən böyük siyasi hadisədir. Ölkəmiz bu seçkilərdən çox şey gözləyir. Hələ ki, hər şey yaxşıdır. Ümid edirəm ki, seçki prosesi boyunca heç bir problem olmaz", bu gün 16 saylı Yasamal Seçki Dairəsinin 20 saylı seçki məntəqəsində səs verən Həsənquliyev deyib.

Azərbaycan prezidentliyinə yeddi şəxs namizədliyini irəli sürüb. Həsənquliyevin namizədliyi sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) tərəfindən irəli sürülüb.

BAXCP sədri bildirib ki, Azərbaycan xalqı prezident seçkilərində bir çox məsələlərin həll olunacağını gözləyir.

"Prezident seçkilərində iştirak edən xalqımız sabitlik, iqtisadi inkişaf, Qarabağ probleminin və başqa məsələlərin həll olunmasını gözləyir", - deyə Həsənquliyev əlavə edib.

Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Azərbaycanda prezident seçkiləri hər beş ildən bir keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti