...

Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident seçkisində seçicilərin 65 - 70% -nin iştirak edəcəyinə ümid edir - MSK -nın rəhbəri

Siyasət Materials 15 Oktyabr 2008 12:54 (UTC +04:00)
Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident seçkisində seçicilərin 65 - 70% -nin iştirak edəcəyinə ümid edir - MSK -nın rəhbəri

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir R.Ağayev/ Azərbaycanın Mərkəzi Seçki Komissiyası prezident seçkisində seçicilərin 65 -70 % -nin iştirak edəcəyinə ümid edir.

"Seçkilərdə seçicilərin 65 -70 % - i iştirak etsə, biz razı qalacağıq, belə ki, bu çox böyük rəqəmdir", - çərşənbə günü jurnalistlərə MSK - nın sədri Məzahir Pənahov deyib.

Saat 10:30 - a seçicilərin iştirakı 13 - 14% faiz təşkil edib, - MSK - nın mətbuat xidməti məlumat verib.

Bu gün Azərbaycanda prezident seçkiləri keçirilir. Prezident seçkisində yeddi namizəd - Yeni Azərbaycan Partiyasının (YAP) sədri, indiki dövlət rəhbəri İlham Əliyev, müxalif Ümid Pariyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu , Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və müstəqil namizəd Qulamhüseyn Əlibəyli iştirak edir.

Xəbər lenti

Xəbər lenti