Türkiyənin Hakkari bölgəsində Türkiyə silahlı qüvvələrinə məxsus hərbi vertolyot qəzaya ugrayıb. Bu barədə Türkiyənin "Timetürk" informasiya agentliyi məlumat verib.
Qəza texniki nasazlıq üzündən baş verib. Qəza nəticəsində 5 əsgərin həlak olduğu, 15 əsgərin isə yaralandığı bildirilsə də, rəsmi mənbələr bu xəbəri təsdiqləməyiblər.