Cümə axşamı Rusiya Federasiyası prezidenti Dmitri Medvedyev ilə Azərbaycan prezidenti İlham Əliyev arasında telefon danışığı baş tutub. Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.
"Dmitri Medvedyev İlham Əliyevə Azərbaycan Respublikası prezidenti postuna yenidən seçilməsi münasibəti ilə səmimi qəlbdən təbrikini bildirib və bu ali dövlət postunda gələcək fəaliyyətində ona yeni uğurlar arzu edib", - deyə mətbuat xidmətinin məlumatında bildirilir.