Qazaxıstan, Astana, 16 oktyabr/ Trend , müxbir K.Konırova/Biz hesab edirik ki, Qafqaz münaqişəsinin nəticələrinin aradan qaldırılması kontekstində ümumavropa təhlükəsizlik məsələsi kəskin surətdə gündəmə gəlib, - cümə axşamı Astanada brifinqdə Qazaxıstan xarici işlər naziri ilə görüşdən sonra Rusiya xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov deyib.
"ATƏT-in bir çox ölkələri xarici işlər nazirlərinin dekabrın 1- də Helsinkidə keçiriləcək Şurada bütün Avroatlantik məkanda təhlükəsizliyin möhkəmləndirilməsi məsələsinin prioritetlərdən biri olacağını başa düşürlər. Həm Rusiya, həm Qazaxıstan, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) digər üzvləri müzakirələrə öz töhfəsini verəcək", - Lavrov bildirib.
Onun sözlərinə
görə, yaxın vaxtlarda KTMT -nin xətti üzrə,
Rusiya prezidenti Dmitri Medvedyevin Avroatlantikada
təhlükəsizlik prinsipləri və bu prinsiplərin
həyata keçirilməsi mexanizmini təmin edəcək
təşəbbüsünün inkişaf etdirilməsi
ilə bağlı, yeni müqavilənin hazırlanması
üzrə məşvərətlər
keçiriləcək