...

Rusiya baş naziri İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib

Siyasət Materials 16 Oktyabr 2008 23:26 (UTC +04:00)

Rusiya baş naziri Vladimir Putin İlham Əliyevi Azərbaycanın prezidenti seçilməyi münasibətilə təbrik edib.

"Sizi yenidən Azərbaycan Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə ürəkdən təbrik edirəm. Seçkilərdə Sizin inamlı qələbəniz ölkənin siyasi və sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsinə yönəlmiş xəttin Azərbaycan xalqı tərəfindən hərtərəfli dəstəklənməsini və bu xəttə etimad bəsləməsini təsdiq etdi. Əminəm ki, Rusiya ilə Azərbaycan arasındakı dostluq və mehriban qonşuluq münasibətləri hər iki xalqın mənafeyi, regional və beynəlxalq sabitliyin möhkəmlənməsi naminə bundan sonra da bütün istiqamətlər üzrə fəal inkişaf edəcəkdir" - deyə təbrik məktubunda vurğulanıb.

Xəbər lenti

Xəbər lenti