...

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan Silahlı Qüvvələrinin bölmələri bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Siyasət Materials 21 Oktyabr 2008 10:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir E.Hüseynli/ Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 20-də saat 14.10-dan 14.15-dək, 17.50-dən 18.15-dək, 19.15-dən 19.55-dək fasilələrlə Ermənistan Respublikası İcevan rayonu Berkaber, Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Şavarşavan və Voskepar kəndləri ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara və Qızılhacılı kəndləri ərazisində yerləşən mövqelərini, oktyabrın 21-də saat 01.00-dan 01.25-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qərvənd kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 01.45-dən 02.00-dək və 05.50-dən 06.00-dək fasilələrlə Ağdam rayonunun Şurabad, Yusifcanlı və Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 02.45-dən 03.05-dək və 05.30-dan 05.45-dək Tərtər rayonunun Çiləbürt və Qızıl Oba kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbayjan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bütün hallarda düşmən cavab atəşilə susdurulub.

İtki yoxdur.

Xəbər lenti

Xəbər lenti