...

ABŞ Axalqori və Kodor dərələrinin demilitarizasiyasını tələb edib

Siyasət Materials 24 Oktyabr 2008 00:57 (UTC +04:00)
ABŞ Axalqori və Kodor dərələrinin demilitarizasiyasını tələb edib

Azərbaycan, Bakı, 24 oktyabr / Trend / Corc Buş administrasiyası Gürcüstanın Axalqori və Kodor dərələrinin demilitarizasiyasını tələb edib.  RİA Novosti agentliyinin xəbər verir ki, bunu ABŞ dövlət departamentinin rəsmi nümayəndəsinin müavini Robert Vud cümə axşamı Vaşinqtonda bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton Rusiya hərbi qüvvələrinin bu iki ərazidə qalmaları barədə məlumata malikdi.

Robert Vud Axalqori və Kodor ərazilərində Rusiya hərbiçilərinin sayının iki minədək artırılması barədə  Gürcüstan tərəfinin bəyanatını təsdiq etmək üçün məlumata malik olmadığını qeyd edərək deyib, "Mən rəqəmləri təsdiq edə bilmərəm".

Məqalə müəllifi ilə əlaqə ünvnanı: [email protected]

Xəbər lenti

Xəbər lenti