Azərbaycan, Bakı, 24 oktyabr / Trend , müxbir S. Kazımlı / Bakıda şənədləri saxtalaşdırma yolu ilə pul əldə edən 53 yaşlı qadın tutulub.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis bölməsindən cümə günü Trend -a verilən məlumata görə, bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalışdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə (320-ci) maddəsi ilə axtarışda olan Bakı sakini, Baxışova Həqiqət Ağarza qızı çərşənbə günü tutularaq istintaqa təhvil verilib.
Polis bölməsindən bildiriblər ki, Baxışova saxta sənədlə 1000 ABŞ dolları kredit götürdüyü üçün bir ay öncə onun barəsində axtarış elan olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]