Gürcüstan, Tbilisi, 30 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Avropa İttifaqı (Aİ) Gürcüstanı və onun siyasi kursunu dəstəkləyir. Bu barədə Tbilisidə Gürcüstan parlamentinin sədri David Bakradze ilə keçirilən görüşdən sonra Belçika Krallığının Nümayəndələr Palatasının sədri German van Rompuy bildirib.
Rompuy altı bəndlik sülh müqaviləsi və Cenevrə danışıqlarının ikinci raundunun keçirilməsinin vacibliyini bildirib.
"Biz belçikalı qonaqlarımıza avqust hadisələri ilə bağlı detallı məlumat verdik və bu münaqişənin araşdırılması məqsədi ilə yaradılan parlament komissiyasının işini müzakirə etdik. Görüşdə Gürcüstanın xarici prioritetləri, ölkənin NATO və Aİ-yə inteqrasiyası və ölkənin iqtisadi inkişafı məqsədi ilə donorlar tərəfindən təqdim olunan yardım məsələləri barədə də söhbət aparılıb", - deyə Bakradze bildirib.
Avqustun 8 -nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.
Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.
Gürcüstan ərazisində Rusiya sülhməramlı qüvvələri və beynəlxalq müşahidəçilərin saxlanılması barədə qərar qəbul olunub.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]