Azərbaycanda polislərin cəzalandırılması mütəmadi olaraq həyata keçirilir - daxili işlər nazirinin müavini

Azərbaycanda polislərin cəzalandırılması mütəmadi olaraq həyata keçirilir - daxili işlər nazirinin müavini

Azərbaycan, Bakı, 30 oktyabr / Trend , müxbir S.Kazımlı / Azərbaycan Respublikası daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərovun cümə axşamı Trend -a musahibəsi

- Əsgər müəllim, son zamanlar cinayət törətməkdə təqsirləndirilərək tutulan şəxslər arasında keçmiş polis əməkdaşları ilə yanaşı hazırda çalışan polislər də var. Bu fakt nazirliyi narahat edirmi?

- Polis cəmiyyətin bir hissəsidir. Biz həmişə bunu demişik və heç vaxt inkar etməmişik. Amma cəmiyyətin içərisində olan insanlar istər polis orqanlarında işləsin, istərsə də digər hüquq-mühafizə orqanlarında, bunun fərqi yoxdur. Hər bir şəxs son anda Azərbaycan qanunları qarşısında cavab verir. Qeyd etdiyiniz şəxslər isə vaxtı ilə polis orqanlarında işləyiblər və çox güman ki, onlar qanuna zidd əməllərinə görə, polis orqanlarından uzaqlaşdırılıblar. Bu hadisəni fədakar polis ordusunun sıralarına yazmaq düzgün deyil.

- Azərbaycanda cinayət törətdiklərinə görə barələrində axtarış elan olunan şəxslər bəzən xarici ölkələrdə mühacir statusu alırlar. Bu fakt cinayətkarların tutulub, istintaq orqanlarına təhvil verilməsində əlavə problemlər yaradırmı?

- Axtarışda olanların tutulub istintaqa təhvil verilməsi üçün uğurlu tədbirlər həyata keçirilir. Bütün dünyada mövcud beynəlxalq hüquq normalarına uyğun əlaqələr qurulur. Hansı ölkələrlə hüquqi yardım haqqında müqavilələrimiz, sazişlərimiz varsa, həmin ölkələrlə bu məsələ asan həll olunur. Bizə məlum olan, istintaqdan yayınan, yaxud da ölkəmizdə hansısa qanuna zidd əməl törədib, xarici ölkələrdə gizlənən şəxsləri tutub ölkəmizə gətirə bilirik. Bu işlərlə bağlı həmin ölkələrə bizim əməkdaşlarımız ezam olunur, həmin ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə cinayət törətməkdə təqsirləndirilərək barəsində axtarış elan olunan şəxslərin tutulması üçün birgə əməliyyat-axtarış tədbirləri həyata keçirirlər. Hansı ölkələrlə ki, hüquqi yadım haqda müqavilələrimiz yoxdur, istər-istəməz orada müəyyən çətinliklər yaranır. Hələlik belə bir ciddi problemlə rastlaşmamışıq. Cinayət törədən şəxslərin bir çoxu gedib müxtəlif xarici ölkələrin vətəndaşlığını qəbul edirlər. Yaxud da onların ölkəmizə gətirilməsi üçün bizdən hüquqi əsaslar tələb olunur. Son illər bir sıra ölkələrlə bu sahədə əməkdaşlığımız yaradılıb və davam etdirilir. Gələcəkdə hüquqi yardıma dair sazişimiz olmayan həmin ölkələrin hamısı ilə əməkdaşlıq yaradılacaq. Bu istiqamətdə müəyyən yazışmalar, ilkin tədbirlər həyata keçirilir.

- Ən cox hansı ölkələrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxslər var?

- Bizdə ən çox 1994-cü ilin oktyabr, 1995-ci mart hadisələrində dövlət çevirilişinə cəhd ilə bağlı Rusiya, Ukrayna və Türkiyədə axtarışda olan vətəndaşlar var idi. Demək olar ki, həmin axtarışda olan şəxslərin əksəriyyəti tutularaq istintaqa təhvil verilib.

- Axratışda olan şəxslərin tutulması prosesi qərb ölkələrində necə həyata keçirilir?

- Qərb ölkələrində axtarışda olan və orada gizlənən şəxslərin sayı bir o qədər də çox deyil. Ümumiyyətlə, ötən illər də daxil olmaqla davamlı olaraq daxili işlər orqanları tərəfindən axtarışda olan cinayətkarların 70 faizindən çoxu tutulub. Xüsusi ilə də cəmiyyət, ölkə və insanlar üçün müəyyən təhlükə yaradan, səs-küylü cinayətlərdə iştirak edən və barəsində axtarış elan olunan şəxslər hamısı tutularaq istintaq orqanlarına təhvil veriliblər.

- Bir müddət öncə nazirliyin əməkdaşları tərəfindən rayon polis idarə və şöbələrində yoxlamalar aparılırdı. Həmin yoxlamaların polisdə yeni islahatların aparılması ilə əlaqədar olması haqda bildirilirdi. Bu belədirmi?

- Həmin yoxlamalar islahatlar aparmaq məqsədilə həyata keçirilmirdi. Daxili işlər orqanlarında 1995-96-ci illərdən başlayaraq xüsusi islahatlar aparılıb. Həmin islahatların da nəticələridir ki, bu gün ölkəmizdə sabitlik mövcudur və cinayətkarlığa qarşı uğurlu mübarizə aparılır. Baş vermiş cinayətlərin davamlı olaraq istər aylar, istərsə də illər üzrə açılması 90 faizdən artıq təmin edilir.

- Cinayətkarlığa qarşı daha effektli mübarizə aparmaq üçün polis orqanlarında nə kimi çatışmazlıqlar var və hansı yeniliklərin tətbiq edilməsi vacibdir?

- Bilirsiniz ki, indi texnika əsridir. Rabitə, kommunikasıya və informasiyalarla bağlı polisdə yüksək səviyyədə islahatlar aparılır. Yeni avadanlıqlar alınıb. Son illər Daxili İşlər Nazirliyində " 102" xidməti fəaliyyətə başlayıb. Vətəndaşlar artıq istədiyi an və çox qısa müddətdə müraciətlərini nazirliyin rəhbərliyinə çatdıra bilirlər. Həmin müraciətlər rəhbərliyin nəzarətində olur. Bundan əlavə içtimai asayış üçün gərgin hesab olunan meydanlar, yollar, küçələr hamısı nazirliyin videogörüntüləri ilə daim nəzarət altındadır. İctimaiyyətlə təmas yüksək səviyyədədir.

- Bəs polisin özündə baş verən mənfi hallara nəzarət necə həyata keçirilir?

- Fərqi yoxdur, istər polis olsun, istərsə də adı vətəndaş, qanun qarşısında hamı bərabərdir. Polis əməkdaşları da qanuna zidd hərəkətlərinə görə cəzalandırılmalıdırlar. İşlərində nöqsanlara yol vermiş polis əməkdaşlarının cazalandırılması mütəmadi olaraq hər il aparılır. Bu sahədə ötən illərlə müqayisədə azalmalar var. Çünki aparılan islahatlar öz bəhrəsini verib. Eyni zamanda, polisin işində aşkarlıq, şəffaflıq artır. Polisin hər bir qanuna zidd hərəkəti haqda nazirliyin rəhbərliyinə daxil olan müraciətlər araşdırılır. İstər yazılı, istərsə də saytlar vasitəsilə müraciətlər olunur və həmin müraciətlər hamısı Daxili İşlər Nazirliyi rəhbərliyinin nəzarət ilə ciddi araşdırılır, qanunla nəzərdə tutulan qaydada tədbirlər görülür.

- Bir müddət öncə Daxili Qoşunların "N" saylı hərbi hissəsində "dedovşina" faktı ilə bağlı video-çarxlar yayılmışdı. Bu faktın öyrənilməsi və belə halların yenidən baş verməməsi üçün nazirliyin rəhbərliyi hansı araşdırmalar aparır?

- Həmin hadisə təsadüfi hal idi. Həmin hadisə ilə əlaqədar nazirliyin rəhbərliyi tərəfindən çox ciddi tədbirlər görülüb. Nəzarət artırılıb və hesab edirəm ki, belə hallar bundan sonra təkrarlanmayacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
Meksika səfiri Anar Kərimov ilə görüşüb
Loading Bars
Xəbər lenti
Bakıda halsız vəziyyətdə aşkarlanan vətəndaş xilas edilib
Avtomobillərinin aylıq yürüş normasının qət etdiyi məsafəyə uyğun müəyyən ediləcək qurumların sayı artırılıb
Qaradağ rayonu ərazisində karantin rejiminin tələblərinə əməl olunmaqla ağacəkmə aksiyası keçirilib (FOTO)
Azərbaycan millisi Kiyevdə bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanıb
Ağsunun icra başçısı dünyasını dəyişdi
Bakıda COVID-19 xəstələrinə yardım edən həkimlərin əməkhaqlarına əlavənin verilməsi müddəti artırılıb
Türkiyədən Azərbaycana dənli və paxlalı bitki ixracı artıb
Nərmin Bayramova və Alina Gözəlova Kiyevdə Avropa Çempionatının finalına yüksəliblər
“Bayraktar”ın yaradıcısı ASAN-ın yeni layihəsində (FOTO)
Alimlərimiz AzTU-nun 70 illik yubileyinə həsr olunan konfransda iştirak ediblər (FOTO)
Azərbaycanda problemli kreditlərin həcmi azalıb
Ermənilərin Qarabağda törətdiyi ekoloji terror ərəb mətbuatında (FOTO)
Pandemiya şəraitinin qayda və tələblərinə əməl olunması zəruridir - Nazirlik
Azərbaycanda debet kartların sayı əhəmiyyətli dərəcədə artıb
Şəhidimizin xanımı yeni musiqisini təqdim edib (VİDEO)
Məişət zorakılığına məruz qalanların qeydiyyatı aparılacaq
Türkiyə siyasi partiyaları Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnaməni pisləyən bəyanat yayıb
İranda sui-qəsd: Nüvə-raket alimi öldürüldü
Ailə planlaşdırılması mövzuları dərsliklərə daxil ediləcək
Samux və Göygöl rayon polis şöbələrinin müvəqqəti saxlama yerlərinə başçəkmələr olub
Məişət zorakılığından zərər çəkənlər müvəqqəti sığınacaqla təmin ediləcək
"Virtual məktəb"də dərslərin təşkilinə nəzarət gücləndirilib
Bakı şəhər Baş Polis İdarəsinə yeni rəis təyin olunub
Azərbaycanda neft məhsullarının istehsalı azalıb
AQTA yanında İctimai Şuranın üzvlərini müəyyənləşdirmək məqsədilə səsvermə keçirilib (FOTO)
Sahibə Qafarova MDB PA-nın 51-ci plenar iclasında iştirak edib
Azərbaycan itkilərini tam minimallaşdıra bildi - ŞƏRH
Məhkəmələrdə bəzi işlərə baxılması təxirə salınır - QƏRAR
BMM “Qarabağın musiqi xəzinəsi”ndə növbəti mühazirəni görkəmli bəstəkar Süleyman Ələsgərova həsr edib
“Əl-Əzhər” dini müəssisəsinin Böyük Alimlər Şurasının üzvü Prezident İlham Əliyevi təbrik edib
Məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib
Unibank daha 3 vətəndaşımızın şəxsi biznesini yaratmaq arzusunu gerçəkləşdirdi (FOTO)
Şənbə və bazar günləri Bakıda bütün marşrutlar fəaliyyətini dayandıracaq - BNA
AzTU-da yeni kafedra və şöbələr yaradıldı
Noyabrın 30-da manatın dollara qarşı məzənnəsi
Bakıda yol qəzası tıxac yaratdı, marşrut avtobusları gecikir (FOTO)
Sumqayıt Texnologiyalar Parkı Sumqayıt Şəhidlər Xiyabanını ziyarət edib (FOTO)
Bu qida əlavələrinin qeydiyyatının aparılması nəzərdə tutulur
Şimali Koreyada karantin tələblərini pozan gömrük işçisi edam edilib
Azərbaycan millisi FIFA-nın reytinq cədvəlində 5 pillə irəliləyib
İtaliyanın Azərbaycanda strateji maraqları cəmləşir - İtaliyan senator
Bakı-Xırdalan-Sumqayıt qatarı yenidən xəttə buraxılır (FOTO)
Almaniya Bundestaqı davamlı sülh üçün Qarabağda hərbi əməliyyatların dayandırılmasını alqışladığını bildirib
Anasız böyümüşəm, anam Vətənimdir - "Maştağa 1 N-li internat" yazısı ilə məşhurlaşan əsgərimiz (FOTO)
Yeni Azərbaycan Partiyası Fransa Senatına etiraz bəyanatı verib
Meksika səfiri Anar Kərimov ilə görüşüb
700 minə hektara yaxın sahədə payızlıq taxıl səpini həyata keçirilib
Yerevanda əsgər anaları aksiya edib
Şuşa şəhərinə içməli suyun verilməsinə başlanılıb (FOTO)
Dünyada koronavirusa yoluxanların sayı 61 milyonu keçib
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələyə qədəm qoymuşuq – Ceyhun Bayramov (FOTO)
Azərbaycan müharibədən minimum itkilərlə çıxmağın nümunəsini yaratdı - Deputat
Putin Təhlükəsizlik Şurasının iclasında sülhməramlıların işini müzakirə edib
Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsi üçün davamlı iş aparır - Ceyhun Bayramov
Evi tərk edən daha bir COVİD-19 xəstəsi barədə araşdırmalara başlandı (FOTO)
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir
Yasamalda yaşayış binasında yanğın olub
İrandan Azərbaycana narkotik və psixotrop həblər keçirən iki qardaş saxanıldı (FOTO)
Mingəçevir Dövlət Universiteti Çində keçirilən konfransda təmsil olunub (FOTO)
Sumqayıt Texnologiya Parkında yeni şirkət yaradılıb
Rumıniyada Kamal Abdullanın yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib
Az da olanda şükür edirəm, çox da olanda - Usta ilə söhbət
Qarabağda xarici döyüşçülərin mövcudluğu məsələsi ilə hərbi mütəxəssislər məşğul olur - Mariya Zaxarova
İranda sutka ərzində koronavirusa yoluxanların sayı 14 mini keçib
Yelo Bankdan hər kəsə komissiyasız və zaminsiz kreditlər
Paşinyan Ermənistanın keçmiş baş qərargah rəisini dələduzluqda ittiham etdi
28 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin olunub (FOTO)
Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planı təsdiq edilib - Sərəncam
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda 3712 nəfər COVID-19-a yoluxub, 1359 nəfər sağalıb, 35 nəfər vəfat edib
Koronavirusa yoluxan gənclərin bir çoxunda da ağırlaşma müşahidə edilir - TƏBİB
MDB məkanında ən yaxşı yollar Azərbaycandadır
Asiya İnkişaf Bankı Azərbaycanda yeni layihə icra edəcək
Bu insanlar daha çox hansı nəqliyyat vasitələrindən istifadə edib?
Vətən müharibəsində iştirak edən gənclərə növbəti dəstək: Dövlət Məşğulluq Agentliyi və Gənclər Fondunun birgə layihəsi
Ən böyük arzum işğaldan azad edilən torpaqlarımızda mənzillər tikib təmir etməkdir – Qubad usta
Türkiyədə 700-dən çox müdafiə sənayesi layihəsi icra olunur - Vitse-prezident
Polis Oğuzda reyd keçirib (FOTO)
“Maestro Niyazi” quru yük gəmisi təmirdən sonra istismara qaytarılıb
Koronavirusdan ağırlaşmış halların hətta ən təchizatlı xəstəxanalarda belə müalicəsi çox çətindir - Nazirlik rəsmisi
Qarabağda yüksək səviyyəli hotellər yaradılacaq - RƏSMİ
“France-24” Füzuli barədə reportaj hazırlayıb (VİDEO)
Qətər şirkətləri Azərbaycana investisiya yatırmağa dəvət edilib (FOTO)
Ağcabədidə yollar yenidən qurulur (FOTO)
Noyabrın 29-dan etibarən yağış, qar gözlənilir - Xəbərdarlıq
UNEC-də Virtual laboratoriyalar yaradılıb
Sabahın hava proqnozu açıqlanıb
Xarkovdakı azərbaycanlılar erməni vandalizminə etiraz ediblər
Bu müəllimlərin köməkçiləri olacaq - Qanuna dəyişiklik
Almaniyanın hakim koalisiyası Berlinin Qarabağ məsələsində iştirakını təklif edir
Qafqaz Jurnalistləri Şəbəkəsi yaradılacaq
Azərbaycanda 40-dan çox dövlət obyekti hərraca çıxarılır
Koronavirusa yoluxan deputat sağaldı
Bakıda əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Putinin ənənəvi mətbuat konfransı dekabrın 17-də keçiriləcək
Anar Kərimov beynəlxalq təşkilatları Ermənistanın islam irsinə qarşı vandalizmini sərt pisləməyə çağırıb
Azərbaycanda göz xəstəliyindən əziyyət çəkənlərin sayı 3 dəfəyə yaxın artıb
Azərbaycanda kompüter istehsalı artıb
Fransa Senatının qərəzli qətnaməsi Qarabağ münaqişəsinin 30 il uzanmasının bəzi qaranlıq məqamlarına aydınlıq gətirir
Yol polisi sürücülərə xəbərdarlıq etdi
Bütün xəbərlər