...

Gürcüstan Milli Olimpiya Komitəsinə yeni prezident seçilib

Siyasət Materials 31 Oktyabr 2008 17:05 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 oktyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Giya Natsvlişvili cümə günü Gürcüstan Milli Olimpiya Komitəsinin (MOK) prezidenti seçilib. Qurultayda iştirak edən 94 nümayəndə ona səs verib. Bejan Xurtsidzenin namizədliyinə 24, Levan Axvledianiyə isə 3 nümayəndə səs verib.

Bu gün daha bir namizəd - Kaxa Basiliya Natsvlişvilinin xeyrinə öz namizədliyini geri götürüb. İki gün əvvəl MOK- un vitse-prezidenti Leri Xabelov öz namizədliyini geri götürmüşdü.

Vəfat etmiş iş adamı Badri Patarkatsişvili hakimiyyətin təzyiqləri ilə əlaqədar vəzifədən getməyə məcbur olduqdan sonra, Gürcüstan Milli Olimpiya Komitəsinin prezidenti vəzifəsi boş qalmışdı. Bundan sonra Gürcüstan MOK-a prezidentin səlahiyyətlərini icra edən Qoqi Topadze rəhbərlik etmişdi.

MOK-un rəhbəri vəzifəsinə dörd namizəd iddia edib - deputat və keçmiş qubernator Giya Natsvlişvili, Karate Federasiyasının prezidenti Kaxa Basiliya, Voleybol Federasiyasının prezidenti Levan Axvlediani və keçmişdeputat Bejan Xurtsidze. Natsvlişvili 2012 - ci ildə Londonda keçiriləcək Olimpiya Oyunları başa çatanadə Gürcüstan MOK-un prezidenti olacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti