Gürcüstan, Tbilisi, 05 noyabr/ Trend , müxbir N.Kirtsxaliya/ Çərşənbə günü daha bir siyasi prtiya - Gürcüstan Demokratik Partiyası formalaşıb. Parlamentari Qiya Tsaqareişvili və Giya Tortladze onun təsisçiləridirlər.
Partiyanın təqdimat mərasimi bu gün parlament binasının qarşısında baş tutub. "Biz ictimaiyyətə yeni tipli prtiya təklif edirik, o, iki hissədən - siyasi və qeyri-siyasi - ictimai Şuradan ibarətdir", - deyə Gürcüstan Demokratik Partiyasının sədri Giya Tortladze bildirib.
O qeyd edib ki, Şuranın tərkibində iqtisadçılar, hüquqşünaslar, kənd təsərrüfatı sahəsinin nümayəndələri, səhiyyə, sosial sahə, idman və mədəniyyət xadimləri olacaq.
İctimai Şuraya tanınmış alim, akademik Şota Nadiraşvili rəhbərlik edəcək.
"Bizim hər bir qərarımız müvafiq sahələr üzrə mütəxəssilərin məsləhətlərinə əsaslanaraq qəbul olunacaq ", - deyə Tortladze bildirib.
Partiya hüquqsentrizm mahiyyəti daşıyacaq. İlin sonunadək partiyanın qurultayı keçiriləcək.
Tortladze əlavə edib ki, partiya ianə hesabına maliyyəşəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]