Azərbaycan, Bakı 10 noyabr / Trend / Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir şəhərinin 60 illik yubileyi münasibətilə şəhərin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən üç nəfərə "Azərbaycan Respublikasının əməkdar həkimi", üç nəfərə "Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi", iki nəfərə isə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adları verilib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]