...

Azərbaycanlı tələbələr və Avropadakı gənc peşəkarlar (FASE) təşkilatının növbəti Forumu Londonda keçiriləcək

Siyasət Materials 11 Noyabr 2008 05:11 (UTC +04:00)
Azərbaycanlı tələbələr və Avropadakı gənc peşəkarlar (FASE) təşkilatının növbəti Forumu Londonda keçiriləcək

Böyük Britaniya, London, 11 noyabr / Trend müxbir G.Əhmədova/ London şəhərində noyabrın 13-14  Azərbaycanlı tələbələr və Avropadakı gənc peşəkarların (FASE) Forumu keçiriləcək. Bunu FASE-nin Londondakı əlaqələndiricisi Vüsal Həmzəyev   Trend -a bildirib.

Həmzəyev deyib: "İrəliyə addım atmağın vaxtı çatıb. Artıq Avropada yaşayan azərbaycanlı tələbələrlə və Azərbaycanın gələcəyini düşünən hər bir kəslə fikir mübadiləsi aparmaq zamanıdır".

Forum bir neçə hissədən ibarətdir. Əsas görüş noyabrın 13-də Böyük Britaniyanın Lordlar Palatasında keçiriləcək.

Tədbirdə Azərbaycanın təhsil naziri Misir Mərdanov, Azərbaycanın  Böyük Britaniyadakı səfiri,  British Council Bakı ofisinin direktoru Nikol de Laluver, "Azercell"-in direktoru Halim Atəş, Britaniya parlamentinin nümayəndələri iştirak edəcəklər. Tədbir çərçivəsində Azərbaycanın Londondakı səfirliyində görüş də keçiriləcək.

Forumun proqramına əsasən "Azərbaycan Evi"nin rəsmi açılışı keçiriləcək. Sonra, proqrama uyğun olaraq, musiqiçilər Cefri Verbok və Tünzalə Ağayevanın iştirakı ilə konsert olacaq.

FASE-nin təsis edilməsi ideyası 2006-cı ildə Avropa parlamenti tərəfindən təşkil olunmuş birinci forunmda yaranıb.

FASE-nin təşkil etdiyi "Dəyiş" (be the change) şüarı altında keçən tədbirlər Azəraycanın gələcəyini müzakirə etmək istəyən bir çox insanın dəstəyini qazanıb.

Qurum Almaniya Bundestaqında, Fransa Senatında, Avropa Şurasında və Avropa Parlamentində forumlar keçirib.

FASE Azərbaycanın dövlət büdcəsindən qismən maliyyə dəstəyi alır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti