Azərbaycan, Bakı, 14 noyabr / Trend / Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri Lazer Komanesku ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Görüş zamanı Komanesku Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına toxunub. Qeyd edib ki, Rumıniya münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini dəstəkləyir.
Öz növbəsində Məmmədyarov Rumıniyanın bu mövqeyini yüksək qiymətləndirib və Avropa İttifaqının regiondakı münaqişələrə yanaşmasında ikili standartlardan çəkilməsinin vacibliyini vurğulayaraq Buxarestin bu istiqamətdə səylərinə ümid edib.