...

Gürcü leyboristlər Rusiya tərəfi ilə Gürcüstanın ərazi bütövlüyünün bərpası barədə danışıqlara başlayırlar

Siyasət Materials 17 Noyabr 2008 16:37 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 17 noyabr / Trend , müxbir N.Kirtsxaliya/ Gürcü leyboristləri Rusiya tərəfi ilə Gürcüstanın ərazi bütövlüyünün bərpası barədə danışıqlara başlayırlar. "Bu gün Gürcüstanın Leyborist Partiyasının Siyasi Şurası belə qərar verib", - bazar ertəsi partiyanın lideri Şalva Natelaşvili bildirib.

"Gürcüstanın ərazi bütövlüyünün bərpası üçün Rusiya ilə siyasi dialoqu dirçəltmək lazımdır. Danışıqların predmeti iqtisadiyyat, ticarət və viza münasibətlərinin bərpası olmalıdır", - o qeyd edib.

Natelaşvilinin sözlərinə görə, hazırda Gürcüstan hakimiyyəti beynəlxalq səviyyədə, xüsusilə də Rusiya ilə danışıqlar aparmaq "iqtidarında deyil". "Gürcüstanın ərazi bütövlüyünün açarı Moskvadadır", - o bildirib.

Natelaşvili vurğulayıb ki, dialoqa Dövlət Dumasının və Federasiya Şurasının nümayəndələrindən başlanılacaq.

Məqalə müəlilfilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti