...

İran prezidentinin mətbuat müşaviri Azərbaycan - İran münasibətlərində istiləşmə olduğunu qeyd edir

Siyasət Materials 20 Noyabr 2008 18:27 (UTC +04:00)

İran, Tehran, 20 noyabr / Trend , müxbir T.Cəfərov/ "İranın xarici siyasətinin əsasını region ölkələrilə münasibətlərin inkişafı və möhkəmləndirilməsi təşkil edir. Azərbaycan bizim üçün ən əziz qonşulardan biridir", - İran prezidentinin mətbuat müşaviri Əliəkbər Cavanfekr cümə axşamı Tehranda Trend -a bildirib.

"Ölkələrimiz arasındakı münasibətlərdə biz həmişə əməkdaşlığın dərinləşməsinə səy göstərmişik. İkitərəfli münasibətlərdə son vaxtlar müşahidə olunan istiləşmə bunun təsdiqidir", - mətbuat müşaviri deyib.

Bəzi qüvvələr İranla Azərbaycanın arasını vurmaq istəsələr də, hər iki ölkə əlaqələri yüksək səviyyədə qoruyub saxlamağa çalışıb,- Cavanfekr söyləyib.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti