...

Gürcüstan və Polşa prezidentləri Rusiya qoşunlarının Axalqoridə prezidentlərin kortejinə atəş açmalarını təsdiq ediblər

Siyasət Materials 24 Noyabr 2008 02:59 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 noyabr / Trend müxbir  N.Kirtsxalia/  Gürcüstan və Polşa prezidentləri Rusiya qoşunlarının Axalqoridə prezidentlərin kortejinə atəş açmalarını təsdiq ediblər. Polşa prezidenti Lex Kaçinski ilə bazar günü keçirdiyi birgə brifinqdə Gürcüstan prezidenti Mixail Saakaşvili deyib, "Yolda olarkən mən kortejin blokposta tərəf dönməsini təklif etdim. Mən Polşa liderinin həyatını heç zaman təhlükəyə atmazdın. Özüm də gözləmirdim ki, ruslar atəş aça bilər".

Saakaşvili bu hadisənin Gürcüstan tərəfindən "provokasiya" olduğunu inkar edərək deyib ki, hadisə yerində yalnız bir operator var idi və Gürcüstan jurnalistlərinin heç bir korteji orada olmayıb. Belə ki, onlar insident baş verən yerdən 20 kilometr aralıda yerləşən Metexi kəndində olublar. Saakaşvili qeyd edib ki, "hər şeyin əvvəlcədən hazırlandığını deyəcək insanlar ola bilər".

Saakaşvili Polşa prezidentinə dəstəyə görə təşəkkürünü bildirərək deyib ki, dövlət qaçqınlara yardın edəcək. O, Polşa prezidenti Kaçinskinin insident baş verən anda özünü təmkinli aparmasını xüsusi ilə qeyd edib.

Kaçinski bildirib ki, Gürcüstana və Gürcü xalqına dəstək olmaq məqsədi ilə Müqəddəs Qeorqi günündə Tbilisiyə gəlib.  Polşa prezidenti deyib, "Bu insanlar yeni imperiyanı bərpa etmək istəyirlər və bunun üçün hər şeyi edirlər. Biz bu gün Tbilisinin yaxınlığında olduq və orada olan silahlı qrup atəş açdı. Bəlkə də bu atəş havaya atıldı, amma bu birdaha göstərdi ki, Sarkozi-Medvedev razılaşması icra olunmur və reallaşmasından çox uzaqdır".

Sonra Kaçinski qeyd edib, "Mən Avropa İttifaqında və ABŞ-da olan dostlarımıza müraciət etmək niyyətindəyəm ki, sonra gec olmasın".

Polşa prezidenti vurğuladı ki, Tbilisiyə səfər etməyə mane olacaq çoxlu problemlər olsa da, bugünkü insident göstərdi ki, səfər etməkdə "düzgün qərar qəbul olunub". Kaçinski həmçinin jurnalistləri "müvafiq insidentin provokasiya olduğu barədə nağıllara inanmamağa" çağırıb.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti