...

Bakıda ev alqı-satqısı ilə məşğul olan şəxs külli midarda pul mənimsədiyi üçün tutulub

Siyasət Materials 24 Noyabr 2008 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr / Trend müxbir S.Kazımlı / Bakıda bir neçə vətəndaşdan külli miqdarda pul alıb mənimsədiyi üçün barəsində axtarış elan olunan şəxs tutulub. Tutulan şəxs ev və torpaq sahəsi alıb-satmaq adı ilə bir neçə vətəndaşa qarşı dələduzluq etməkdə təqsirli bilinir. Bu barədə Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən bazar ertəsi Trend -a məlumat verilib.

Polis bölməsindən bildiriblər ki, şənbə günü polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq törədildiməsi (178.3.2-ci) maddəsi ilə barəsində iki ay öncə axtarış verilən Bakı sakini 1968-ci il təvəllüdlü Pənah Fərman oğlu Qurbanlı tutulub.

Polis bölməsindən əlavə ediblər ki, Qurbanlı ev alqı-satqısı ilə məşğul olub. O, ev və torpaq alıb-satmaq adı ilə dörd vətəndaşdan 100 min manatdan artıq pul alıb mənimsəməkdə təqsirli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti