...

Son iki ayda dəniz quldurları İranın neft daşıyan gəmilərinə beş dəfə hücum ediblər

Siyasət Materials 26 Noyabr 2008 15:17 (UTC +04:00)

İranın milli neft daşımaları üzrə şirkətinin direktoru Məhəmməd Suri son iki ayda İranın neft daşıyan gəmilərinə dəniz quldurları tərəfindən 5 dəfə hücum edildiyini, lakin onların hücumlarının uğursuz alındığını bildirib. Bu barədə İranın Ekonomist xəbər saytı məlumat yayıb.

Suri bildirib ki, dəniz quldurlarından qorunmaq üçün həm İran, həm də beynəlxalq təşkilatlar tərəfindən müxtəlif tədbirlər görülüb.

Onun sözlərinə görə, gəmilərin təhlükəsizliyini təmin etmək məqsədilə silahlı mühafizə xidmətindən istifadə olunur. Mühafizə xidmətinin əməkdaşları İran gəmilərinin təhlükəsizliyini təmin etmək məqsədilə Ümmanın cənubunda Səlalə limanında gəmiyə minir və təhlükəli zonanı keçdikdən sonra, Ceybuti limanında gəmini tərk edirlər. Təhlükəli zonanın uzunluğu 5 kilometrdir.

Suri bildirib ki, bundan başqa, İranın neft daşıyan gəmilərini dəniz quldurlarından qorumaq üçün onların hərəkəti gəmi karvanlarında təmin edilir. Gəmi karvanı Fransanın 2 döyüş gəmisinin müşayiəti ilə hərəkət edir və döyüş gəmilərində müasir hərbi texnika iilə təchiz edilmiş olur.

Suri bildirib ki, BMT Təhlükəsizlik Şurasının 1837 qətnaməsinin icrası məqsədilə müxtəlif ölkələrin, o cümlədən Fransa, Almaniya, Rusiya , Malaziya, Hindistan, İtaliya, İngiltərə və Amerikanın iştirakı ilə dəniz təhlükəsizlik qüvvələri yaradılacaq. Bu qüvvələr dəniz quldurları ilə planlı mübarizə aparacaqlar.

Suri İranın da beynəlxalq dəniz təhlükəsizlik qüvvələrinə qoşulacağı barədə bildirib.

Xəbər lenti

Xəbər lenti