...

Moskva Bəyannaməsi göstərir ki, münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, Dağlıq Qarabağ yox - Azərbaycan prezidenti

Siyasət Materials 27 Noyabr 2008 02:06 (UTC +04:00)
Moskva Bəyannaməsi göstərir ki, münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, Dağlıq Qarabağ yox - Azərbaycan prezidenti

Azərbaycan, Bakı, 27 noyabr / Trend /  Moskva Bəyannaməsi göstərir ki, münaqişə tərəfləri Azərbaycan və Ermənistandır, Dağlıq Qarabağ yox. Bunu Azərbaycan prezidenti İlham Əliyev İtaliyanın "Rai İnternational" telekanalının "Foks neks" proqramına müsahibəsində bildirib.

Azərbaycan prezidenti Moskva Bəyannamənin üç vacib elementini vurğuladı.

"İlk növbədə, bu sənəd Azərbaycan və Ermənistan arasında imzalanıb, Dağlıq Qarabağla yox. Bu onu göstərir ki, Ermənistan rəhbərliyi münaqişə tərəflərinin Ermənistan və Azərbaycan olduğunu dərk edir. Bu, çox vacibdir. Ermənistan rəhbəri münaqişə tərəflərinin kim olduğunu göstərən sənədə öz əli ilə imza atıb", - prezident bildirib.

"İkincisi, Bəyannamədə deyilir ki, münaqişə beynəlxalq hüququn norma və prinsipləri, həmin prinsiplər çərçivəsində qəbul edilmiş qərar və qətnamələr əsasında həll olunmalıdı. Bu o deməkdir ki, BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasını tələb edən qərar və qətnamələrə hörmətlə yanaşılmalıdır", -  prezident nəzərə çatdırıb.

İlham Əliyev deyib, "Üçüncü vacib element ondan ibarətdir ki, münaqişənin həllində hər bir mərhələ beynəlxalq təminatla müşayiət olunmalıdır. Bu o deməkdir ki, münaqişə mərhələ-mərhələ həll edilməlidir. Bu, daim bizim mövqeyimiz olub, Ermənistanın mövqeyi isə münaqişənin paket şəklində həlli olubdur".

Prezident qeyd edib ki, bu Bəyannamədə Azərbaycanı hərbi yoldan çəkindirən öhdəliyi heç kim tapa bilməz. Bəyannamədə "hesab edirik ki, siyasi həll yolu olmalıdır" deyilməsi fundamental hüquqlarımızdan imtina etmək demək deyil. Bütün beynəlxalq normalara əsasən, hər bir ölkənin özünü müdafiə etmək hüququ var.

Prezident ümid etdiyini bildirdi ki, məsələyə diqqət artacaq, xüsusilə də sülhün nə qədər həssas olduğunu göstərən Qafqazdakı son hadisələrdən sonra.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti