...

Bakıda ailə üzvlərinin ailənin dostu tərəfindən qətlə yetirildiyi ehtimal edilir

Siyasət Materials 27 Noyabr 2008 11:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 noyabr / Trend , müxbir K.Zərbalıyeva/ Bakıda ötən gün törədilmiş qətlin istintaqı şəhər Prokurorluğuna verilib. Bu barədə cümə axşamı Trend -a Suraxanı rayon Prokurorluğundan məlumat verilib.

Noyabrın 25-i axşam Bakının Suraxanı rayonu ərazisində, Hövsan qəsəbəsi, Çöllük küçəsi 38 b ünvanında ana və oğul xüsusi amansızlıqla qətlə yetiriliblər.

Naməlum şəxs 39 yaşlı ana Nərminə Böyükağa qızı Quliyeva və onun oğlu, 16 yaşlı Elnur Elmir oğlu Quluzadəni amansızlıqla öldürüb.

Ananın üzərində 20, oğulun üzərində isə 10 bıçaq yarası müəyyən edilib.

Hüquq-mühafizə orqanlarındakı mənbə Trend -a bildirib ki, hadisə zamanı Quluzadənin dostu, Laçın rayon sakini 23 yaşlı Elşən Elman oğlu Muradov ağır bədən xəsarəti alıb. Hazırda o Sabunçudakı 3saylı şəhər klinik xəstəxanasında müalicə olunur.

Mənbənin bildirdiyinə görə, hadisənin həmin şəxs tərəfindən törədildiyi ehtimal olunur. İlkin məlumtlara görə, Muradov ana ilə oğulu qətlə yetirəndən sonra özünə bədən xəsarətləri yetirib.

Onun vəziyyəti ağır olduğundan hadisə ilə bağlı ifadəsini almaq hələlik mümkün olmayıb.

Elmir Quluzadə evə gələrkən oğlu və həyat yoldaşının öldürüldüyünün şahidi olub. Ağır bədən xəsarətləri almış üçüncü şəxs isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin iki və daha çox şəxsi öldürmə (120.2.7-ci) maddəsi ilə cinayət işi açılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti